Z.M.Əlizadənin xatirələrindən.
Məni I şöbədə Elmi Bazaya kurator təyin olunmuş M. Bəkirovla tanış etdilər. Bəkirovla xeyli sual-cavab və söhbətdən sonra məni Şəki Şəhər Partiya Komitəsinin I katibi S. Murtuzayevlə də tanış etdilər.>>>oxu<<<
24.10.2008
Elmi bazanın yaradılması tarixi ilə maraqlananlara və gələcək daha böyük yubileylər ərəfəsində tədbirlər keçirəcək gənc nəslə daha ətraflı və daha dəqiq çatdırmaq məqsədilə otuz beş il bundan qabaqkı hadisələri oxuculara olduğu kimi xatırlatmağı məqsədəuyğun hesab edirik.
Digər müəssisə və təşkilatlardan fərqli olaraq, akademiya sistemində hər hansı bir şöbə, bölmə və ya yeni yaradılan təşkilata kadr seçilməsi prosesi özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.
Yəni, kadr seçkisi müvafiq konkurslar-müsabiqələr əsasında elmi şuralarda gizli səsvermə yolu ilə aparılır və konkursa buraxılmaq üçün bir sıra tələblərdən biri də, elmi dərəcə olması və akdemiyada müəyyən müddət iş stajı tələb olunduğundan kənar təşkilatların nümayəndələrinin hər hansı bir vəzifəyə seçilmə ehtimalı çox az olurdu.
Akademiya rəhbərliyi tərəfindən müvafiq institutların direktorlarına o vaxt belə bir göstəriş verilmişdi ki, hər institutdan bir nəfər Şəkidə elmi bazada işləmək istəyən şəkilinin; cəmi 5-6 nəfərin siyahısını hazırlasınlar. Namizədlər qarşısında da belə bir tələb irəli sürülürdü ki, həmin şəxsin Şəkidə evi olmalıdır və ailə üzvlərindən inzibati orqanlarda və rəhbər vəzifələrdə işləyən olmamalıdır. Beləliklə, Şəkidə yaşayanlardan iki nəfər (onların tərcümeyi-halları irəli sürülən tələblərə cavab vermirdi), Bakıdan isə dörd nəfər kompleks zonal elmi bazada işləmək istəyənlər şəxsi işlərini hazırlayıb, Akademiyanın I şöbəsinə təqdim etdilər.
Təqdim olunan şəxsi işlərlə tanışlıqdan sonra komissiya üzvləri Geologiya Institutunun əməkdaşı
Z.M.Əlizadənin
şəxsi işini saxlayıb, o birilərini geri qaytardılar.

Belelikle....
Beləliklə, Şəkidə Azərbaycan Elmlər Akademiyasının kompleks zonal elmi bazası yaradılması məqsədilə hazırlanan bu rəsmi sənədləşmədən sonra, yeni bir mühüm mərhələ zona elmi bazaya kadr seçilməsi məsələsi gündəlikdə dururdu. >>>oxu<<<
SHREM
Cəmi bir nəfər elmlər namizədi və 20 nəfər işçi ilə 1972-ci ildə fəaliyyətə başlayan Zona Elmi Baza 1995-ci ildən Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16.04.95-ci il 13/1 saylı qərarı ilə Şəki Regional Elmi Mərkəzinə çevrildi.
Uğurlu nəticələrə görə 16 müəlliflik şəhadətnamələri almışdır.
Подписаться на:
Сообщения (Atom)